Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ hərbçiləri Türkiyə gəmisini saxladılar - 2 qardaş həbs edilib

Tarix: 04-02-2017 23:32     Baxış: 5404 A- / A+
ABŞ hərbçiləri Türkiyə gəmisini saxladılar

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən "Elizabeth" limanında Amerikanın Miqrasiya və Gömrük İdarəsinin xəfiyyə əməkdaşları Türkiyəyə məxsus "Niledutch Opresy" adlı yük gəmisini saxlayıb.

Manevr.az Ölkə.Az-a istinadən xəbər verir ki, amerikalılar Türkiyə gəmisinin kapitanı, 36 yaşlı Özcan Köse və onun qardaşı, baş maşinist 35 yaşlı Oğuz Köseni həbs ediblər. ABŞ-ın Miqrasiya və Gömrük İdarəsi saxlanılan Türkiyə vətəndaşlarının Pensilvaniyada məhkəmə önünə çıxarılacağını bəyan edib. Onlar ABŞ-a qanunsuz olaraq miqrant daşımaqda təqsirli bilinirlər.

İlkin dindirilmə zamanı qardaşlar ittihamları qəbul ediblər. Onlar qanunsuz daşıdıqları miqrantların hər birinə görə 25 min dollar aldıqlarını deyiblər.

Qeyd edək ki, Amerikanın Miqrasiya və Gömrük İdarəsi bir neçə il olardı ki, bu qardaşların axtarışındadır. Amerika hüquq-mühafizə orqanları iki qardaşın təşkil etdiyi bandanın izinə 2013-cü ildən düşüb. Həmin vaxt bir qaçaq miqrant saxlanıldıqdan sonra Amerikaya qardaşların köməyilə keçdiyini etiraf etmişdi. Sonradan isə azad olunması müqabilində polislərlə əməkdaşlığa başlayıb.

Nicholas K. Feil adlı cəsus sonradan qardaşların yaxalanması üçün lazımı informasiyaları Amerikanın hüquq mühafizə orqanlarına ötürürmüş.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar