Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

İnauqurasiyaya getməyən Tramp “nüvə kodları”nı Baydenə necə təslim edəcək?

Tarix: 20-01-2021 17:07     Baxış: 4187 A- / A+
İnauqurasiyaya getməyən Tramp “nüvə kodları”nı Baydenə necə təslim edəcək?


ABŞ-da inauqurasiya zamanı prezidentlərin özləri ilə apardıqları “nüvə kodları” da dəyişir.

“CNN International” xəbər verir ki, “Nuclear football” (nüvə futbol topu) deyilən və bir hərbi məmurun daim prezidentin yanında daşıdığı çanta yeni prezidentə verilir.

Lakin Donald Trampın Co Baydenin andiçmə mərasimində iştirak etmək əvəzinə Floridada vida məclisi təşkil etməsi təhvil məsələsini çətinləşdirib.

Mütəxəssislər şərh edir ki, Tramp rəsmi olaraq vəzifədən ayrıldığı 20 yanvar 23:59:59 tarixədək içindəki kodlar aktiv olan “Nuclear football”u yanında saxlayacaq.

Eyni zamanda, həmin saatda Baydenə təslim edilən ikinci “Nuclear football” da olacaq. Bayden and içən kimi onun üçün hazırlanmış çantanı alacaq və Trampın yanındakı çantada proqramdakı kodlar dərhal etibarsız olacaq. Çantanı daşımaq üçün Trampı müşayiət edən zabit də Vaşinqtona qayıdacaq.

Sözügedən çantanın içində prezidentin nüvə hücumu əmri verməsinə yol açan avadanlıqlar, səlahiyyətlə bağlı məlumatlar və əmri verən şəxsin kimliyini dəqiqləşdirmək məqsədi daşıyan rəqəmsal proqram olur./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar