Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın gözü ABŞ-da: Vaşinqtona 25 minlik qoşun yeridilir

Tarix: 17-01-2021 16:55     Baxış: 3135 A- / A+
Dünyanın gözü ABŞ-da: Vaşinqtona 25 minlik qoşun yeridilir

Trampın prezidentlik postunu təhvil verməsinə üç gün qaldığı bir vaxtda bütün dünyanın gözü suların hələ də durulmadığı ABŞ-a yönəlib.

Manevr.az xəbər verir ki, ölkədə Konqresə basqından sonra hər an yeni hadisələrin baş verə biləcəyindən ehtiyatlanaraq sanki fövqəladə vəziyyət baş verir.

Beynəlxalq xəbər agentlikləri bu anları sübut etmək üçün Ağ Evin qarşısından və digər mərkəz yerlərdən fotoşəkillər yayımlayır.

Ölkə "Boogaloo Boys" hərəkatı adlı qrupun bu gün həyata keçirə biləcəyi hadisələrə köklənib. "Boogaloo Boys" hərəkatı Milli Qvardiyanın ölkə daxilində çağırılmasına baxmayaraq, bu gündən 50 ştat paytaxtında silahlı mitinqlər üçün irəlilədiyini elan edib.

Onlar hökumət əleyhinə mitinqlərə gələcək şəxslərə "silahlı gəlin" çağırışı ediblər. Bu xəbərlər 6 yanvarda ABŞ-ı silkələyən, 5 nəfərin ölümü ilə nəticələnən nümayişlərdən sonra ölkəni təşvişə salıb. ABŞ-da on əyalət potensial təhdidlərlə mübarizə aparmaq üçün Milli Qvardiyasını yerləşdirib. Qoşunlar həmçinin paytaxt Vaşinqtona göndərilib, ölkədə şiddətin artmasından böyük narahatlıq var.

20 yanvarda prezident seçkilərində qalib olan Co Baydenin vəzifəsinə başlamasına qədər Konqres binasını və küçələri mühafizə etmək üçün 25 min Milli Qvardiya üzvü Vaşinqtona gətiriləcək.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar