Xəbər lenti
Şimali Koreya dünyanın ən güclü silahlarından birini nümayiş etdirdi

Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda Koreya Əmək Partiyasının səkkizinci qurultayı şərəfinə təntənəli hərbi parad keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi bildirib.
Paradda xüsusi halda sualtı strateji ballistik raketlər təqdim edilib.
"Sualtı strateji ballistik raketlər dünyada ən güclü silahdır", - Koreya Mərkəzi Teleqraf Agentliyinin parad meydanında KXDR-in "inqilabçı silahlı qüvvələrinin gücünü göstərən" bəyanatında qeyd edilir.
Agentlik bildirib ki, parad Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın iştirakı ilə Pxenyanın mərkəzində Kim İr Sen meydanında keçirilib. Məlumata görə, tədbirdə həmçinin taktiki raketlərin və özüyeriyən artilleriya qurğularının ən yeni nümunələri nümayiş etdirilib.
Koreya Əmək Partiyasının səkkizinci qurultayı yanvarın 5-dən 12-dək keçirilib./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar