Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

"F-35" qırıcılarında 900-dək nöqsan aşkar olundu

Tarix: 14-01-2021 07:32     Baxış: 3230 A- / A+
"F-35" qırıcılarında 900-dək nöqsan aşkar olundu

ABŞ-ın “F-35” qırıcı-təyyarələrində döyüş hazırlığını pozan təxminən 900 nöqsan aşkar olunub.

Bu barədə “Bloomberg” agentliyi Pentaqonun test şöbəsinə istinadən məlumat yayıb.

ABŞ-ın ən bahalı döyüş texnikasında bir çox çatışmazlıqlar aşkarlanıb. Onların əksəriyyətinə hələ 2018-ci ildə bitən təkmilləşdirmə və nümayiş mərhələsində rast gəlinib, həmin vaxt bu nöqsanların sayı 941 olub. Bunu proqramın sınaq korpusunun direktoru Robert Beler bildirib.

Qırıcı-təyyarənin hazırda 871 qüsuru var – bu, keçən ilə nisbətən iki nöqsan az deməkdir. Məqalədə qeyd olunur ki, çatışmazlıqlar təyyarənin proqram təminatı və təchizatı ilə əlaqəlidir. Onlardan 10-u birinci kateqoriyanın ciddi problemi hesab olunur. Söhbət pilotların təhlükəsizliyini təhlükə altında qoya və hərbi əməliyyatların effektivliyini azalda biləcək kritik qüsurlardan gedir.

Bununla yanaşı, təyyarə “Rusiya və Çinin ən ciddi təhdidləri” qarşısında döyüş hazırlığının təsdiqlənməsi üçün lazım olan bütün simulyasiya təlimlərindən keçməlidir. Yalnız bundan sonra “F-35”-in genişmiqyaslı istehsalına başlanıla bilər.

Artıq hazırkı mərhələdə “F-35” proqramının dəyəri ABŞ-a 398 milyard dollara başa gəlib. Bu çatışmazlıqlara baxmayaraq, “Lockheed Martin” şirkəti 970 təyyarə üçün müqavilələr əldə edib, bəzi təyyarələr isə artıq müştərilərinə çatdırılıb. Bu təyyarələrin 3200-dən çoxunun ABŞ və digər ölkələr üçün istehsal edilməsi planlaşdırılır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar