Xəbər lenti
Dünyanın ən varlı insanı Marsda məskunlaşmaq üçün bütün əmlakını satacaq

Dünyanın ən zəngin insanı, “SpaceX” və “Tesla” şirkətlərinin banisi İlon Mask Marsda məskunlaşmaq üçün bütün əmlakını satmağa qərar verib.
Bu barədə “Business Insider” nəşri bildirib.
Sahibkar qeyd edib ki, başqa planetdə şəhərin tikintisi üçün əhəmiyyətli yatırımlar tələb edəcək. Bu onu əmlakını satmağa məcbur edən səbəblərdən biridir. Digər səbəb isə söhbət Marsdan getdikdə onun nə qədər qətiyyətli olduğunu nümayiş etdirmək istəyidir.
"Maliyyə baxımından şirkətlərdəki səhmlərdən başqa demək olar, heç nəyim qalmayacaq", - Mask deyib.
“İşdə vəziyyət gərgin olduqda, birbaşa fabrikdə və ya ofisdə yatmağı üstün tuturam. Və uşaqlar varsa, görünür mənzilə ehtiyac var. Ancaq mən sadəcə onu və ya başqa bir şeyi icarəyə götürə bilərəm", - o əlavə edib.
Yanvarın əvvəllərində məlum olub ki, “Tesla”nın səhmlərin məzənnəsinin artması nəticəsində Maskın sərvəti 185 milyard ABŞ dollarını ötüb. Nəticədə o, sərvətinin miqyasına görə son 3 il ən varlı şəxs sayılan “Amazon”un banisi Ceff Bezosu ötərək dünyanın ən zəngin insanı olub. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar