Xəbər lenti
Rusiyada 5 ev qar uçqunu altda qaldı

Rusiyanın Norilsk şəhərində yerləşən "Qorı Otdelnaya” dağ xizəkçilik kompleksində Moskva vaxtı ilə təxminən 20:30-da qar uçqunu baş verib.
Manevr.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kompleksin ərazisində içərisində insanların olduğu beş ev qar uçqunun altında qalıb.
Sibir Regional axtarış və xilasetmə dəstəsinin qüvvələri əraziyə 50 canlı qüvvə və 3 texnika göndərib. Hazırda uçqun altında qalan insanların sayı dəqiqləşdirilir.
FHN-in Krasnoyarsk Regional Bölgəsinin mətbuat xidmətinin rəhbəri Alena Aliksişina ilkin məlumat kimi qeyd edib ki, evlərdən birində insanların olması ehtimal edilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar