Xəbər lenti
Los-Ancelesdə kritik vəziyyət: Xəstələrə oksigen verilməsi məhdudlaşdırılır
ABŞ-ın Los-Anceles bölgəsində təcili yardım qruplarına bildirilib ki, yaşamaq şansı olmayan koronaviruslu xəstələri xəstəxanalara gətirməsinlər və əlavə oksigen balonlarının tədarükünü qənaət üçün azaltsınlar.
“Los Angeles Times” bu barədə rəsmi orqanlara istinadən xəbər yayır.
Bölgə boyunca koronavirusla bağlı vəziyyət səbəbiylə xəstəxanalar normal olaraq müşahidə altında qalmalı olan xəstələri xəstəxanadan daha sürətli çıxarırlar. Qeyd edilir ki, dairə xəstəxanalarındakı vəziyyət kritikdir.
Qarşıdakı həftələrdə xəstələrdə vəziyyətin daha da pisləşəcəyi proqnozlaşdırılır, çünki Milad tətili zamanı koronavirus xəstəliyinə tutulanlar üçün xəstəxanaya yerləşdirmə tələb olunacaq.
Kaliforniyada oksigen çatdırılması qrupu yaradılıb və ordunun mühəndislər korpusu bir sıra xəstəxanalarda oksigen çatdırılması sistemlərini təkmilləşdirmək üçün mütəxəssislər göndərib.
Son məlumatlara görə, Los-Anceles dairəsindən 7,7 min COVID-19 xəstəsi xəstəxanaya yerləşdirilib, 827 mindən çox insan koronavirusa yoluxub, 10 850 xəstə ölüb./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar