Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

“Tramp məni öz evimdən qovur” - Məşhur azərbaycanlı müğənni

Tarix: 02-02-2017 23:03     Baxış: 3513 A- / A+
“Tramp məni öz evimdən qovur”


ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişinə qadağası haqqında fərmanı minlərlə insana toxunub.

Manevr.az baku.ws-ə istinadən xəbər verir ki, onlardan biri də əslən azərbaycanlı olan məşhur İran müğənnisi Ququşdur.

Müğənni “Euronews”a müsahibəsində deyib ki, Londondan Los-Ancelesə qayıtmalıdır. ABŞ-da “yaşıl kart” ilə yaşayan Ququş bu ölkəyə girə bilməyəcəyindən ehtiyat edir.

Azərbaycanlı müğənni 37 il bundan əvvəki hissləri yenidən yaşadığını bildirib:

“37 il əvvəl, 1980-ci ildə Londondan Tehrana qayıdanda xoşagəlməz nəticələri gözləyirdim və təəssüf ki, mənim gözləntilərim təsdiqləndi. Mən islam rejiminin hakimiyyətə gəlişindən sonra səhnəyə çıxa bilmirdim və 21 il oxuya bilmədim. Bir neçə gün əvvəl immiqrasiya məsələləri üzrə vəkillə danışdım və məndə yenidən hiss yarandı ki, aeroportda problemlər yarana bilər. ABŞ mənim ikinci evimdir, amma mən qorxuram ki, ölkəyə girişim qadağan edilə bilər. Çünki, mən müsəlmanam”, - deyə Ququş bildirib.

Müğənninin sözlərinə görə, Donald Trampın fərmanından sonra hiss etdi ki, onu onun ikinci evindən qovurlar:

“Əgər bu, həqiqətən baş verəcəksə, o halda özüm üçün yeni sığınacaq axtarmalı olacağam. Şengen zonası üçün vizanın müddəti bir neçə ay sonra qurtarır. İrana isə qayıda bilmərəm. Məni ABŞ-a buraxmasalar, yenidən neytral ölkəyə gedəsi olacağam”.

Qeyd edək ki, Ququş 1951-ci ildə Cənubi Azərbaycanda doğulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar