Xəbər lenti
Ərdoğan Merkelə əsəbiləşdi - VİDEO
“İslamist terror və PKK daxil olmaqla terrorun hər növünə qarşı Türkiyə ilə birlikdə mübarizə aparmağa hazırıq”.
“Hurriyet”in verdiyi məlumata görə, bu barədə Türkiyədə rəsmi səfərdə olan Almaniya kansleri Angela Merkel prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.
Ərdoğan Merkelin işlətdiyi “islamist terror” ifadəsinin doğru olmadığını bildirib: “Mən şəxsən müsəlman prezident olaraq bunu əsla qəbul edə bilmərəm. “İslamist terror” ifadəsi biz müsəlmanıarı ciddi şəkildə incidir. Belə bir ifadədən istifadə olunmamalıdır, bu, doğru deyil. Çünki İslam dini ilə terror heç vaxt bir araya gəlməz. İslamın mənası sülh deməkdir. Yəni, bu mənanı ifadə edən sözü əgər biz terrorla yanaşı işlətsək, bu, o dinin nümayəndələrini üzər. Biz İŞİD terror təşkilatına görə “islamist terror”nu işlətsək, haqsızlıq etmiş olarıq. Bunu xahiş edirəm nəzərə alın. Bu sözdən istifadə olunduğu müddətdə bunun qarşısında dayanmaq məcburiyyətindəyik. Səssiz qalsaq, bunu qəbul etmiş olarıq. Hazırda dünyada İŞİD-ə qarşı bizim qədər mübarizə aparan ikinci dövlət yoxdur”.
A. Merkel isə Ərdoğana cavab olaraq bunları söyləyib: “Türkiyədəki insanlara bunu demək istəyirəm. Din azadlığı mənim üçün çox önəmlidir, bunu demokratoyanın bir hissəsi kimi görürəm. Buna görə də Almaniyada müsəlmanların dini etiqadlarına azad şəkildə riayət etmələri üçün əlimizdən gələni edirik. Bizim ölkədəki müsəlman dərnəkləri də hər cür terrora qarşı etirazlarını bildirdilər. Belə desək, İslam və islamist arasında fərq var”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar