Xəbər lenti
20 yaşlı gəlin ərini atıb sevgilisinə qaçdı - MEYİTLƏRİ EYNİ YERDƏ TAPILDI
Türkiyədə gənc cütlük öldürülüb.
Manevr.az xəbər verir ki, dəhşətli qətl Kırşehir vilayətinin Kaman rayonunun Bayramözü kəndində baş verib. Kənd sakini olan 20 yaşlı Vildan İncə bir müddət əvvəl ailəsi tərəfindən zorla əmisi oğluna ərə verilib.
Lakin 50 gün əvvəl yeni gəlin sevdiyi 24 yaşlı Osman Çelikə qoşularaq qaçıb. Təxminən ay yarım ərzində harada olduqları bilinməyən cütlük 3 gün əvvəl Osmanın valideynləri ilə bayramlaşmaq üçün kəndə qayıdıblar.
Bundan xəbər tutan qızın ailəsi ismarış göndərərək onları bağışladıqlarını və Osmanla birgə qonaq dəvət etdiklərini, birdəfəlik barışmaq istədiklərini deyiblər. Bu xəbərə sevinən cütlük V.İncənin ata evinə gediblər. Burada qızın atası, əmisi, dini nikahlı əri və bir neçə digər şəxs onları tələyə salaraq tutub. Hər iki şəxsi öldürən ailə üzvləri onların meyitlərini kəndin yaxınlığında basdırıb.
Osman Çelikdən xəbər ala bilməyən ailəsi polisə müraciət edib. Məlum olub ki, onların 24 yaşlı oğullarını qaçırdığı qızla birlikdə V.İncənin yaxınları amansızlıqla öldürüb. Gənclərin meyiti basdırıldıqları yerdən çıxarılıb.
Artıq cinayəti törədən şəxslər tutulublar. (publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar