Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı deputatlardan İrana etiraz: “ Biz 40 milyonuq, amma…”

Tarix: 02-01-2021 12:46     Baxış: 3178 A- / A+
Azərbaycanlı deputatlardan İrana etiraz: “ Biz 40 milyonuq, amma…”

Güney Azərbaycandan olan 29 deputat İran konstitusiyasının 15-ci maddəsinin icrası və Azərbaycan-türk dilinin məktəblərdə tədris olunması ilə bağlı parlament sədrinə layihə təqdim edib.

Manevr.az xəbər verir ki, layihədə Azərbaycan dilinin İrandakı təhsil müəssisələrində tədrisinə icazənin verilməsi tələb olunub.

Sözügedən qanun layihəsində ana dilində təhsil hüququnun ölkə konstitusiyasının 15-ci maddəsində də təsdiq olunduğu spikerə xatırladılıb.

Deputatlar bildiriblər ki, İranın rəsmi dairələri bu günədək müxtəlif bəhanələrlə 15-ci maddənin icrası və qeyri-fars dillərin tədris olunmasının qarşısını alıblar: “İranda 40 milyon türk yaşayır, amma onlar türk dilində təhsil almaq haqqından məhrumdur”.

İndiyədək bir çox müraciətlər və layihələrin irəli sürülməsinə baxmayaraq, bu istiqamətdə heç bir əməli addım atılmayıb. İranda prezident, parlament və Şəhər Şurası seçkiləri ərəfəsində türk dilinin tədrisi ilə bağlı fəaliyyətlər və çağırışlar artsa da, seçkilərdən sonra məsələni həll edən tapılmır.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar