Xəbər lenti
Erməni deputatlar mitinqçilərlə əlbəyaxa oldular – VİDEO
Bu gün– dekabrın 28-də Ermənistanda parlamentin növbədənkənar sessiyası ilə eyni vaxtda parlament binası qarşısında müxalifətin etiraz aksiyası başlanıb.
“Daşnaksutyun” partiyasından Geqam Manukyan mətbuata bildirib ki, onlar deputatlardan “baş nazir kreslosunu qucaqlamış şəxsə” etimadsızlıq göstərməyi tələb edirlər.
“Bu gün parlamentin sonuncu iclasıdır və biz deputatlara tələblərimizi deməyə gəlmişik. Hakimiyyətin əlində silaha çevrilmiş hərbi vəziyyətin ləğvini tələb edirik. Onun yalnız bir məqsədi var –Nikol Paşinyana etimadsızlıq bildirilməsini qanun çərçivəsində istisna etmək. Həmçinin Ermənistanın baş naziri kreslosunu qucaqlamış şəxsə etimadsızlıq göstərməyi tələb edirik”, – Manukyan deyib.
Etiraz aksiyası zamanı onun iştirakçıları ilə hakim fraksiyanın deputatları Andranik Koçaryan və Sisak Gabrielyan arasında insident yaşanıb.
Hakim “Mənim addımım” fraksiyasından deputat Ayk Sarqsyan deyib ki, etirazçılar deputatların parlament binasına girməsinə mane olmağa çalışıblar. O, polis rəisinə, Milli Təhlükəsizlik Xidmətinin direktoruna müraciət edərək Yerevanda ictimai asayişi tezliklə bərpa etməyə çağırıb.
Ermənistanda dövlət çevrilişi ssenarisini istisna etmək lazımdır. Bunu isə Baş nazir Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib. “Mən niyə məsləhətləşmələrə çağırıram? Bir sadə səbəbə görə - qərarı təkcə hökumət, yaxud parlament çoxluğu verməsin, onunla bağlı ictimai anlayış əldə olunsun”, – Paşinyan vurğulayıb.
Müxalifət Qarabağ müharibəsinin nəticələrinə görə Paşinyanın məsuliyyət daşıdığını deyir, onun istefasını tələb edir. Baş nazirsə dekabrın 25-də Facebook səhifəsində yazıb ki, 2021-ci ildə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi üçün parlament və parlamentdən kənar maraqlı qüvvələri məsləhətləşməyə dəvət edir. Paşinyan baş nazir kreslosundan yapışmadığını, ancaq “xalqın ona verdiyi vəzifəyə laqeyd yanaşa bilməyəcəyini” də sözlərinə əlavə edib. O, xalqın qərarı ilə vəzifədən getməyə hazır olduğunu deyib.azpolitika.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar