Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bill Qeyts: "Yaxın aylarda pandemiya daha da artacaq"

Tarix: 23-12-2020 21:56     Baxış: 5125 A- / A+
Bill Qeyts: "Yaxın aylarda pandemiya daha da artacaq"


Koronavirusa qarşı peyvənd işlərinə artıq başlanmasına baxmayaraq, qarşıdakı aylarda pandemiya daha da arta bilər.

Bu barədə "Microsoft” şirkətinin banilərindən biri, tanınmış iş adamı və xeyriyyəçi Bill Qeyts (Bill Gates) şəxsi bloqundan bildirib.

Pandemiyanın artması barədə bəhs edərkən B.Qeytsin istinad etdiyi kompüter modelləri gələn ay dünyada vəziyyətin kəskinləşəcəyini göstərir. Bununla belə, qoruyucu maska taxmaq və sosial məsafə gözləməyin koronavirusa qarşı səmərəli vasitə olduğunu xatırladan iş adamı bütövlükdə 2021-ci il ərzində yoluxma və ölüm hallarının tədricən azalacağı, həyatın adi məcrasına qayıdacağı qənaətindədir. Bu nikbinliyini B.Qeyts müxtəlif ölkələrdəki peyvəndləmə tədbirlərinin yazda ümumdünya miqyası alacağına dair proqnozlarla əsaslandırıb.

Digər tərəfdən peyvənddən boyun qaçıranların çoxalmasına da münasibət bildirən amerikalı iş adamı elmin qüdrətinə qarşı bu cür etinasızlığı başa düşmədiyini vurğulayıb./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar