Xəbər lenti
İrəvanda etirazçılar hökumət evi binası qarşısında gecələyəcəklər
Ermənistanın paytaxtı İrəvanda etirazçıların bir hissəsi hökumət binasının qarşısındakı Respublika meydanında gecələmək qərarına gəlib.
“RİA Novosti” xəbər verir ki, bunu “Daşnaksutyun” partiyasının nümayəndəsi İşxan Sağatelyan bildirib.
“Gecəni meydanda keçirmək istəyənlər üçün şərait yaradılacaq. Sabah səhər Ermənistanın hər yerində kütləvi etiraz və tətillər davam edəcək. Tədbirlərimizi saat 16:00-a qədər davam etdirəcəyik. Saat 16:00-da böyük bir mitinq olacaq və biz də hamımız daha sərt və qəti tədbirlərə keçəcəyik”, - İ.Sağatelyan belə deyib.
Onun sözlərinə görə, etirazçılar Baş nazir Nikol Paşinyan istefa verməyincə meydanı tərk etməyəcəklər.
Bildirilirdi ki, etirazçılar Hökumət binasının qarşısında bir neçə çadır qurublar. Müxalifət tərəfdarları binanı mühasirəyə də alıblar. Daha sonra “Daşnaktsutyun” partiyasının nümayəndəsi Geqam Manukyan etirazçıların mühasirəni müvəqqəti olaraq götürdüyünü qeyd edib.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar