Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilər yenidən orduya çağırılır: səfərbərliyin səbəbləri...

Tarix: 22-12-2020 14:42     Baxış: 3248 A- / A+
Ermənilər yenidən orduya çağırılır: səfərbərliyin səbəbləri...

Ermənistanda vətəndaşlar yenidən hərbi komissarlığa dəvət olunur.

Manevr.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Qəzet qeyd edir: “Bizə şikayət edən vətəndaşlar deyirlər ki, müharibə bitsə də, onları hərbi komissarlığa çağırırlar, lakin səbəbi haqda heç bir məlumat verilmir. Belə vətəndaşlar bildirirlər ki, indi ordudan yayınmaq üçün pul verənlərin növbəsidir, xidmətə belələri getməlidir”.

Qəzet məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinə sorğu göndərib. Müdafiə Nazirliyinin səfərbərlik və çağırış xidmətinin rəisi Armen Avtandilyan deyib ki, “22-24 dekabr tarixlərində Ermənistanda səfərbərlik planlaşdırılırdı, lakin Baş Qərargah rəisinin əmri ilə bu ləğv olundu”.

Ermənistan niyə yenidən səfərbərlik etmək istəyib və sonradan ləğv olunub?

Bu sualın cavabı nə erməni rəsmilər tərəfindən, nə də erməni mediasında verilir. Lakin bir neçə gün öncə erməni mediası yazırdı ki, hakimiyyət etirazçıların sayını artırmaq üçün yenidən səfərbərlik etmək və etirazçılara hərbi xidmətin nə olduğunu göstərmək istəyir.

Digər versiya isə müharibədə Ermənistan ordusunun canlı qüvvəsinin sıradan çıxmasıdır: 10 minə qədər ölü, bunun iki qatı qədər yaralı, 3 minə qədər itkin var. Xarici ekspertlərsə Ermənistanın itkilərinin 25-30 min arası olduğunu qeyd edirlər.

Görünür, Ermənistanda sərhədlərin qorunması və digər qoşun növlərində xidmət aparacaq əsgər yoxdur. Yeni səfərbərliyin səbəblərindən biri bu ola bilər.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar