Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bu gün Ermənistan müxalifəti yolları bağlayacaq

Tarix: 22-12-2020 12:09     Baxış: 4214 A- / A+
Bu gün Ermənistan müxalifəti yolları bağlayacaq


Ermənistan müxalifəti bu gün ölkədə iri həcmli etiraz aksiyaları keçirməyi planlaşdırır.

Mövcud hakimiyyətin əleyhdarları bir sıra sahələrdə tətil etməyi nəzərdə tutur. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən narazılar paytaxt Yerevanda, eləcə də ayrı-ayrı şəhərlərdə yolları bağlamağı planlaşdırırlar. Bu səbəbdən aksiyaçılarla polis əməkdaşları arasında toqquşmaların baş verəcəyi gözlənilir.

Etiraz formasına küçələrdə çadırların qurulması da daxildir. Yerli mətbuatın məlumatına görə, yerli vaxtla saat 15:00-da müxalifətin böyük mitinqi planlaşdırılıb.

Qeyd edək ki, Ermənistanda sadə vətəndaşlar, mədəniyyət, incəsənət xadimləri, müəllimlər, jurnalistlərlə yanaşı, vəkillər, idmançılar da etiraz aksiyalarında iştirak edəcəklər. Müxalifət baş nazir Nikol Paşinyanı 10 noyabr bəyanatına imza atmaqda ittiham edir, onun istefası tələbini irəli sürür. Lakin hökumət rəhbəri istefa verməyəcəyini bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar