Xəbər lenti
Vanqadan QORXULU PROQNOZ: Bu gün nə baş verəcək?
Sabah, yəni, 2020-ci il dekabrın 22-də nələr baş verəcək, kimlər o tarixdən sağ çıxacaq, kimlər yox? Dünya hansı hadisələrlə rastlaşacaq?
Həmin tarixdən xeyirxahlar yaşayacaq, bədxahlar məhv olacaq - dünya ölümsüzlüyə qovuşacaq.
Manevr.az xəbər verir ki, bunu bolqar görücü, məşhur Vanqa deyib.
Rusiya mətbuatı yazır, amma görək nəyə əsaslanır? Məlumatda qeyd edilir ki, Vanqanın qohum-əqrabası ağızdan-ağıza ötürüblər bu informasiyaları. Bəlkə, qohumları yalan deyir, nə isə məqsədləri var?
Öz həmyerlisinin uzaqgörənliyini araşdıran başqa bir bolqar alimin dediklərinə baxaq.
Veliçka Dobryanov Vanqanın görüşdüyü adamlarla söhbətlərindən onun 823 mesajının açmasını izah edir. Deyir ki, onlardan 400-ü artıq düz çıxıb, 200-ü birmənalı deyil. 90-ı yanlış olub. Onun sözlərinə görə, Vanqa olacaqlardan birbaşa bəhs etməyib, o yalnız tapmaca kimi deyib ki, anlayan anlasın.
Beləliklə, ölümündən əvvəl Vanqa lənətə gəlmiş beş dənə "2" rəqəmindən bəhs edib. İki dəfə həmin "2" lərin təkrarlanacağı gündən danışıb. Onun birini keçmişik - 22.02.2020-ci ildir. Biri isə hələ qarşıdadır - 22.12.2020-ni deyir.
Vanqa deyib ki, həmin gün dünyada əsaslı dəyişikliklər olacaq. Elmə görə həmin gün iki səma cismi - Yupiterlə Saturn dolça bürcü altında birləşəcək.
Deyir ki, həmin gün ola bilsin bizim yer planeti hansısa astroloji varlıqla toqquşacaq. Bu da fəsadsız ötüşməyəcək: "Günəşin üzünü yeri bürümüş qara kül örtəcək. Çaylar məcrasından çıxacaq, yer kürəsinin kiçik hissələri su altında qalacaq. Dirilər ölülərə həsəd aparacaq. Bəzi ölkələr yer üzündən silinəcək. Xeyirxah insanlar qalacaq, bədxahlar məhv olacaq. Özünü ağıllı hesab edənlər öləcək. Çox adam məhv olacaq. Ondan sonra həyat yaxşı olacaq, hətta ölümsüzlük gələcək".
Vanqa deyib ki, həmin gün hər kəs özünü güzgüdə görəcək, dünya güzgü kimi üzünü dəyişəcək. Bəs kimlər xilas olacaq? Vanqaya görə, xeyirxah adamlar yaşayacaq. İnamlı insanlardan ibarət olacaq dünya. Dünyanın axırı olmayacaq, amma dünya dəyişəcək. Bir sözlə, deyir xeyirxah və inamlı olun ki, yaşayasınız, dünya gözəlləşsin. Axırıncı fikrə əməl etməyə etsək yaxşıdır, amma dünyanın dəyişəcəyi barədə cəfəngiyyatı eşidin, inanmayın. Xüsusən uşaqlar panikaya düşməsin, biz çox eşitmişik belə söhbətləri, həmin dünyadır.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar