Xəbər lenti
800 il əvvəl baş vermiş fəza hadisəsi təkrarlanır

Dekabrın 21-də Günəş sisteminin iki böyük planeti olan Yupiter və Saturnun yaxınlaşması gözlənilir.
Manevr.az-ın Sputnik-ə istinadən xəbərinə görə, Saturn və Yupiter hər 20 ildə bir dəfə ekliptikdə bir-birlərinə yaxınlaşırlar, lakin bu cür yaxın qarşılaşmalar olduqca nadir hallarda olur. Səmadakı bu nadir fenomen son dəfə təxminən 800 il əvvəl - 4 mart 1226-cı ildə baş verib.
Aimlər qeyd ediblər ki, Yupiter və Saturn 2020-ci ilin yayından bir-birlərinə doğru irəliləməyə başlayıblar. 16-25 dekabr tarixlərində bu iki nəhəng arasındakı görünən boşluq bütöv Ayın bir diametrindən az olacaq.
Planetlərin paradı 21 dekabrda günəş batdıqdan sonra səmanın cənub-qərb hissəsində müşahidə olunacaq.
Planetlərin yaxınlaşması dünyanın hər yerindən görünür, ancaq ekvator sakinləri bu nadir hadisəni daha yaxşı izləmək şansına sahib olacaqlar. Bənzər nadir hadisə növbəti dəfə 2400-cü ildə təkrarlanacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































