Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pisləyib

Tarix: 15-12-2020 07:54     Baxış: 3163 A- / A+
Rusiya ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pisləyib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pisləyib.

Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Rusiya XİN-in başçısı Bosniya və Herseqovina prezidiumunun üzvü Milord Dodik ilə Moskvadakı görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, ABŞ Türkiyəyə qarşı C-400 zenit-raket komplekslərinə görə sanksiyalar tətbiq edib. Nazir bunu beynəlxalq hüquqa qarşı növbəti təkəbbürlü münasibət, ənənəvi birtərəfli qeyri-legitim məcburetmə tədbiri kimi qiymətləndirib. S.Lavrovun fikrincə, bu cür yanaşma beynəlxalq aləmdə ABŞ-ın nüfuzunu artırmır.

Xatırladaq ki, ABŞ Türkiyə Müdafiə Sənayesi İdarəsi, onun rəhbəri İsmayıl Dəmir və daha üç Türkiyə vətəndaşına qarşı sanksiya tətbiq edib. Dövlət katibi Maykl Pompeo yeni sanksiyaların Türkiyənin Rusiyadan C-400 zenit-raket sistemləri alması ilə bağlı olduğunu təsdiqləyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar