Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kadırov ABŞ-a görə Çeçenistanın “Ginnesin Rekordlar Kitabı”na salınmasını təklif etdi

Tarix: 11-12-2020 11:03     Baxış: 4209 A- / A+
Kadırov ABŞ-a görə Çeçenistanın “Ginnesin Rekordlar Kitabı”na salınmasını təklif etdi


Ramzan Kadırov ABŞ-ın ona, onunla əlaqəli şirkətlərə və ətrafındakı insanlara qarşı tətbiq etdiyi sanksiyalara görə Çeçenistanın “Ginnesin Rekordlar Kitabı”na salınmasını təklif edib.

Lenta.ru-nun məlumatına görə, bu barədə respublika başçısı “Telegram” kanalında ABŞ Maliyyə Nazirliyinin tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib.

“Mən ciddi olaraq “Ginnesin Rekordlar Kitabı”na müraciət etmək barədə düşünürəm. Rekord “ən çox insanı və təşkilatı sanksiya siyahısına daxil olan respublika” adlanır. Hər yeni sanksiya ilə bu rekordu qırmaq daha da çətinləşəcək. Əlbəttə ki, bu vəziyyətdə “Ginnessin Kitabı”nın özü “Maqnitski siyahısı”na daxil edilməzsə”, - deyə Kadırov yazıb.

Respublika başçısı ABŞ və İngiltərənin sanksiya siyahılarında “təsadüflərin” olmamasını gülünc adlandırıb. Onun sözlərinə görə, hər iki ölkə siyahılarda razılığa gəliblər.

“Görünür, kağıza qənaət edirlər”, - deyə o bildirib.

Kadırov, eyni zamanda, ABŞ-ın sanksiyalarını axmaqlıq adlandıraraq, bütün bəşəriyyət tarixində bu qədər absurd bir şey olmadığını deyib.

Qeyd edək ki, dekabrın 10-da ABŞ Böyük Britaniya ilə eyni vaxtda Çeçenistanın başçısı Ramzan Kadırov, onunla əlaqəli şirkətlər və ətrafındakı insanlara qarşı sanksiyalar tətbiq edib./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar