Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bill Qeytsdən pandemiyanın sona çatacağı tarixlə bağlı AÇIQLAMA

Tarix: 10-12-2020 08:56     Baxış: 4277 A- / A+
Bill Qeytsdən pandemiyanın sona çatacağı tarixlə bağlı AÇIQLAMA


“Microsoft” şirkətinin qurucusu Bill Qeyts 2021-ci ildə dünya ölkələrinə yeni koronavirus əleyhinə mümkün qədər çox peyvənd paylamağı planlaşdırdıqlarını bildirib.

"Pandemiya 2022-ci ildə hətta inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Peyvəndin bərabər paylanmasını təmin etməliyik", - deyə o qeyd edib.


“Mikrosoft”un qurucusu Sinqapurdakı koronavirus peyvəndi ilə əlaqədar “Fintech” festivalından da danışıb. Bill Qeyts 6 fərqli koronavirus peyvəndinin lazımi təsdiqləri alacağını və vaksinlərin 2021-ci ilin yazına qədər paylanılmağa hazır olacağını gözləyir. O, güman edir ki, “Pfizer-BioNTech” peyvəndi yaxın aylarda təsdiqlənəcək. Habelə “Moderna”, “AstraZeneca”, “Johnson Johnson” və “Novavax” tərəfindən hazırlanan peyvəndlər də istifadə üçün təsdiqini alacaqlar.

Gələn il mümkün qədər çox peyvəndi paylamağı hədəf seçdiklərini deyən Qeyts iddia edib ki, pandemiya 2 il sonra bir çox ölkələrdə başa çatacaq: "Beləliklə, pandemiya 2022-ci ildə inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Varlı olmağınıza görə peyvəndə əl çatan olmanızı təyin etməməlisiniz. Peyvənd bərabər paylanılmalıdır”.

“Bill Melinda Gates” Fondu artıq “AstraZeneca” peyvəndini mümkün qədər çox insana paylamaq üçün Hindistanın dünyanın ən böyük peyvənd istehsalçısı olan Serum İnstitutu ilə əməkdaşlığa başlayıb. Qeyts “Novavax” peyvəndi üçün Serum ilə oxşar əməkdaşlığa başlayacaqlarını açıqlayıb. O, habelə “Johnson Johnson” şirkətinin peyvəndi üçün başqa bir istehsalçı ilə görüşdüyünü bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar