Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İmam Qurandan Tramp üçün hansı 2 ayəni oxudu? -Dünyanın maraqla gözlədiyi o an

Tarix: 30-01-2017 12:43     Baxış: 6426 A- / A+
 İmam Qurandan Tramp üçün hansı 2 ayəni oxudu?


ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində qatılan imam Məcid "Tramp iştirakım üçün mənə təşəkkür etdi. İrqçiliyə qarşı oxuduğum ayələri bilərək seçdim" deyib.

Manevr.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın 7 ölkədən qaçqınların ABŞ-a müvəqqəti olaraq girməsini qadağan edən fərmanı dünyada böyük əks-səda doğurub. Trampın xüsusilə müsəlman ölkələrdən gələn qaçqınlar üçün nəzərdə tutulan bu qərarı müzakirələrə səbəb olduğu bir vaxtda Trampın andiçmə mərasimində Qurandan surələr oxuyan sudanlı imam maraqlı açıqlamaları ilə diqqət çəkib:

"Quran-i Kərimi, İslam dininin mesajını böyük məsuliyyət hissiylə oxudum. İslam fərqlilikləri qəbul edən və ayrı-seçkiliyə qarşı çıxan bir dindir.

Seçdiyim iki ayə müsəlmanların Amerikada hakimiyyət qurmaq kimi bir planlarının olmadığını və digər vətəndaşlar kimi bərabər hörmət gözlədiyini ifadə etdim. Prezident daxil hər kəsə, irqçiliyin bütün dinlər tərəfindən rədd edildiyi kimi Amerika dəyərləri tərəfindən da rədd edildiyini xatırlatdım.

Tramp və həyat yoldaşı ilə çıxışda əl sıxdıq. Tramp iştirakım üçün təşəkkür etdi.

"Amerika məscidində iki gün keçirən bir qrup xristian lider o möcüzəvi məsciddən gedərkən, İslamiyyət haqqında çox fərqli bir baxışla ayrıldılar. İslamiyyətə hörmət edərək, Türkiyəni ziyarət etmə istəyi ilə ayrıldılar.

Bu, Tramp ilə ilk görüşüm deyildi. 2011-ci ildə ofisində görüşmüşdük. Müsəlman olaraq düşüncələrimizi izah etmək fürsətim olub. Və bir-iki gün əvvəl, Quran-i Kərim oxuduğumda, o, olduqca hörmətlə dinlədi və mən buna şahid oldum. Mən hər fərdə şans verilməsi lazım olduğu inancını daşıyan biriyəm. Bu anlamda Donald Trampa da şans verilməlidir. Danışaraq problemləri həll edə bilərik.

Jurnalistin "Yaxşı, Quran-i Kərimi niyə sən oxudun? Kim seçdi səni" sualına "Məni, Milli Katedral kilsənin keşişi seçdi və Quran-i Kərim oxumağımı istədi. Bu təklif prezident Trampın qrupu tərəfindən də qəbul olundu. Dua etməyə icazə verdilər. Ərəb dilində oxuduqdan sonra, ingiliscə oxuyacağım ayələr əvvəldən baxıldı və qəbul edildi. Allah zəngin-kasıb, qara-ağ kimi heç bir ayrı-seçkilik etməz və edilməsini istəməz. Bunu çatdırdım.

Bu da o ayələr:

Hucurat Surəsi Ayə 13

Ey insanlar! Şübhə yox ki, biz sizi bir kişi və bir qadından ibarət yaratdıq və bir-birinizi tanıyasınız sizi boylara və qəbilələrə ayırdıq. Allah qatında ən qiymətli olanınız, ona qarşı gəlməkdən ən çox çəkinəninizdir. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdar olandır.

Rum surəsi ayə 22


Göylərin və yerin yaradılması, dillərinizin və rənglərinizin müxtəlifliyi də onun (qüdrət) əlamətlərindəndir. Şübhəsiz ki, bunu bilənlər üçün, əlbəttə, ibrətlər vardır. Milli.Az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar