Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şri-Lanka həbsxanasında dustaqlar "koronavirus" qiyamı qaldırıb

Tarix: 30-11-2020 22:37     Baxış: 4159 A- / A+
Şri-Lanka həbsxanasında dustaqlar "koronavirus" qiyamı qaldırıb


Şri-Lankanın ən böyük şəhəri olan Kolombo ətrafında yerləşən həbsxanalarından birində "koronavirus" qiyamı baş verib.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, insident noyabrın 29-da Kolombo şəhərindən 15 kilometr məsafədə yerləşən Mahara islah müəssisəsində qeydə alınıb.

Qiyama həbsxana administrasiyasının koronavirus testi və infeksiyaya qarşı digər mübarizə tədbirləri barədə dustaqların xahişindən imtina etməsi səbəb olub. Məhbuslar həbsxanaya nəzarəti ələ keçirməyə, həmçinin qaçmağa cəhd göstəriblər. Həbsxana mühafizəçilərinin atəş açması nəticəsində 6 məhbus həlak olub, 37 nəfər, o cümlədən iki mühafizəçi yaralanıb. Qiyamı yatırmaq üçün hadisə yerinə əlavə polis qüvvələri göndərilib.

Son bir neçə həftə ərzində ölkədəki bəzi həbsxanalarda da analoji hadisələr qeydə alınıb. Hazırda Şri-Lankanın beş həbsxanasında mindən çox koronavirus xəstəsi var, onlardan azı ikisi ölüb.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, indiyədək Şri-Lankada koronavirusa 23 min 484 yoluxma və 116 ölüm halı aşkarlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar