Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı

Tarix: 29-11-2020 16:26     Baxış: 4164 A- / A+
Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı


Ermənistan Baş naziri Nikol Paşinyan əsirlərin qaytarılması və itkin düşənlərin axtarışı ilə bağlı problemlərin həllini sürətləndirmək üçün ölkədə daxili çəkişmələri dayandırmağa çağırıb.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər verib.

“Biz ölkədə vəziyyəti gərginləşdirməməli, tədricən sabitləşdirməliyik. İndi ən vacibi əsirlərin, itkin düşənlərin və potensial olaraq gizlənmiş hərbçilərin problemidir, hansını ki, çox tez həll etmək lazımdır”, - deyə Paşinyan feysbukda yazıb.

Baş nazir daxili fikir ayrılıqlarının problemin həllini sürətləndirməyəcəyini də yazıb. “Problemin həlli yalnız bir halda sürətlənəcək. Əgər hamı başa düşsə ki, bununla bağlı daxili toqquşmalar olmayacaq”, - deyə paylaşımda bildirilir.

O qeyd edib ki, gələcəkdə kimin günahkar olması və kimin necə məsuliyyət daşıyacağı aydınlaşacaq. “Amma indi biz bir-birimizlə mübarizəyə deyil, problemin birgə həllinə diqqət yetirməliyik. Mən buna əminəm", - deyə Paşinyan qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar