Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Braziliyalı futbolçu:“Qarabağı öz doğma ölkəsinə qaytaran cəsur oğlanları təbrik edirəm”

Tarix: 23-11-2020 04:08     Baxış: 4203 A- / A+
Braziliyalı futbolçu:“Qarabağı öz doğma ölkəsinə qaytaran cəsur oğlanları təbrik edirəm”

Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu Fabio Luis Ramim Azərbaycanı Qarabağ müharibəsində qazanılan qələbəyə görə təbrik edib.

Braziliyalı legioner “Instagram” hesabındakı paylaşımında bu barədə məlumat yerləşdirib:

“Mən sakit oğlanam. Sosial mediada həyatımı göstərməyi xoşlamıram. Ola bilsin ki, bu, bir səhvdir. Amma mən beləyəm.

Son aylarda Azərbaycana görə – Dağlıq Qarabağdakı münaqişəyə görə narahat idim. Ancaq Tanrıya şükürlər olsun ki, bu münaqişə Azərbaycan Ordusunun uğuru ilə başa çatdı. Bütün ölkəni, xüsusən Qarabağı öz dogma ölkəsinə qaytaran cəsur oğlanları təbrik edirəm”.

39 yaşlı Ramim 5 ildir ki, Braziliyada məşqçi işlədiyini, Azərbaycanda yığdığı təcrübənin xeyrinə olduğunu bildirib və hətta dünənki oyunda komandasının “Vaqif Sadıqov taktikası” ilə qol vurduğunu göstərib. Zədəsinə görə milli karyerasını başa vurmuş Ramim nə vaxtsa Azərbaycana məşqçi kimi qayıda biləcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Fabio Luis Ramim Azərbaycanda “MKT-Araz” (İmişli), “Olimpik” (Bakı) və “Bakı” klublarında çıxış edib. “Bakı” klubu ilə Azərbaycan çempionu və iki dəfə Azərbaycan kubokunun qalibi olub. 2008-2012-ci illərdə millimizin forması altında çıxış etmiş yarımmüdafiəçi burada 16 oyuna dörd qol vurub. Saytımıza verdiyi açıqlamaya görə, o, hazırda “Amerika” (San Paulu) klubunun 17 yaşadək komandasının baş məşqçisidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar