Sizin Reklam Burada
Xəbər lenti
22-08-2025
21-08-2025
BÜTÜN XƏBƏRLƏR

Almaniyada iki COVID xəstəsini bilərəkdən öldürən həkim saxlanılıb

Tarix: 21-11-2020 06:41     Baxış: 4194 A- / A+
Almaniyada iki COVID xəstəsini bilərəkdən öldürən həkim saxlanılıb

Almaniyanın Essen şəhər polisi universitet xəstəxanasında iki COVID-19 xəstəsinin qəsdən öldürülməsində şübhəli bilinən həkimi saxlayıb.

Manevr.az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə polisin yaydığı press-relizdə deyilir.

Essen Universiteti Xəstəxanasının həkimi 18 noyabr tarixində həbs olunub.

“Prokurorluq və Essen polis idarəsinin birgə araşdırmasından sonra həkimin qəsdən və qanunsuz olaraq ağır xəstələrə ömrünün son mərhələsində onların ölümlərinə səbəb olan narkotik maddə vurduğu şübhəsi var”, - sənəddə belə deyilir.

Hər iki xəstə - 47 və 50 yaşlı kişilər - 13 və 17 noyabr tarixlərində ölüblər. Hər ikisi də şübhəli tərəfindən müalicə altına alınıb ​​və dərman verildiyi anda “çox ağır vəziyyətdə olublar”. Essen polisi cinayəti araşdırmaq üçün komissiya yaradıb və həkim istintaq təcridxanasına yerləşdirilib. O, artıq ölüm hadisələrindən biri ilə bağlı ifadə verib və bu əməlini “xəstənin və ailəsinin əzablarına” son qoymaq istədiyi ilə əlaqələndirib.

Qeyd edilir ki, 44 yaşlı həkim bu ilin fevral ayından bəri Essen Universiteti Xəstəxanasında çalışırmış

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar