Xəbər lenti
Dünyanın ən varlı 10 adamının ümumi sərvəti trilyonu keçdi

Pandemiya dünyanın ən zəngin insanlarının yalnız işinə yarayıb. Onlar dayanmadan varlanır.
Dünyanın ən varlı 10 adamının ümumi sərvəti trilyonu keçib. Burada texnologiya sahəsində böyük uğurlar qazanan İlon Maskın var-dövlətinin xeyli artması xüsusi tol oynayıb.

Amerikalı iş adamı siyahıda üçüncü pilləyə yüksəlib. İndi onun 120 milyard dolları var.
Siyahıya ənənəvi olaraq Ceff Bezos başçılıq edir. “Amazon”un rəhbəri son vaxtlar sərvətini çox artıra bilmir, yerində sayır. Bezos 183 milyard dollar həddində dayanıb.

İkinci yerdə Bill Qeyts qərarlaşıb. “Microsoft”un rəhbəri noyabrın 20-də müəyyən məbləğ itirsə də, 128 milyard dollar nikbin rəqəm sayıla bilər.

İlk 10-luqda yer alan qalan milyarderlər bunlardır: Mark Zukkerberq – 103 (milyard dollar), Bernar Arno – 103, Uorren Baffet – 87, Larri Peyc – 81.8, Sergey Brin – 79.2, Stiv Ballmer – 76.4, Mukeş Ambani – 75.5. //bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar