Xəbər lenti
Ermənistan müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryan öldü

Ermənistan müdafiə nazirinin sabiq müavini, general-leytenant Manvel Qriqoryan ölüb.
“Sputnik Armenia”ya bu barədə Ermənistan “Respublika” partiyasının üzvü Karen Avaqyan bildirib.
Qeyd edək ki, oktyabrın 20-də səhhəti kəskin pisləşən M. Qriqoryanı reanimasiyaya yerləşdiriblər.
Xatırladaq ki, M. Qriqoryan Ermənistan parlamentinin sabiq deputatı olub. 2018-ci ilin iyun ayında onun barəsində cinayət işi başlanılıb və həbs edilib. M. Qriqoryan qanunsuz silah saxlamaqda və özgə əmlakını mənimsəməkdə təqsirləndirilib. Lakin 2020-ci ilin yanvar ayında məhkəmə səhhətində yaranmış problemlə bağlı onun barəsində həbs qətimkan tədbirini dəyişərək, M. Qriqoryanı azadlığa buraxıb.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































