Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan prezidenti: "Hakimiyyət milli razılıq hökumətinə keçməlidir"

Tarix: 17-11-2020 06:16     Baxış: 3164 A- / A+
Ermənistan prezidenti:

Ermənistan prezidenti Armen Sarkisyan hazırkı vəziyyətdə növbədənkənar parlament seçkilərinin, eləcə də baş nazirin istefasının qaçılmaz olduğunu bildirib.

Manevr.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, prezident bu sözləri xalqa müraciətində səsləndirib.

Onun sözlərinə görə, Ermənistan həm müharibə meydanında, həm də diplomatik arenada məğlub olub. Prezident hökuməti və hakim qüvvələri öz potensiallarını obyektiv qiymətləndirməyə, qısa müddətdə konstitusiya proseslərinin aparılması üçün yol xəritəsini təqdim etməyə çağırıb. Bu proseslər nəticəsində yeni seçkilərin keçirilməsi mümkün olacaq, buna qədər isə ölkə hakimiyyəti yüksək ixtisaslı milli razılıq hökumətinə verilməlidir.

Sarkisyanın fikrincə, son bir neçə gün ərzində parlament nümayəndələri və parlamentdən kənar qüvvələrlə, ictimai qruplar və şəxslərlə bir neçə görüşlər keçirib. Diaspor nümayəndələri ilə telefon danışıqları aparıb və onunla siyasi məsləhətləşmələr aparan görüş iştirakçılarının mütləq əksəriyyəti bir məsələdə - hökumətin istefası və ya Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam verilməsi və erkən parlament seçkilərinin keçirilməsi mövzusunda eyni fikirdədir.

“İclaslarda iştirak edənlərin böyük əksəriyyəti baş nazirin istefası və ya səlahiyyətlərinin ləğvi və konstitusiyaya uyğun olaraq erkən parlament seçkilərinə ehtiyac olduğu qənaətində idi”, - deyə prezidentin saytında yerləşdirilən müraciətdə qeyd edilib.

Xatırladaq ki, İrəvanda bir neçə gündür müxalifətin mitinqləri keçirilir, etirazçılar Nikol Paşinyanın istefasını tələb edirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar