Xəbər lenti
Slovakiyada yeni nəsil uçan avtomobil sınaqdan keçirilib

Slovakiyada "Klein Vision" şirkəti tərəfindən hazırlanan yeni nəsil uçan avtomobilin uçuş sınaqları baş tutub.
Manevr.az deyerler.org-a istinadən bildirir ki, avtomobil bu həftə Pyeştyanı hava limanında bir neçə yüz metr yüksəklikdə iki uçuş həyata keçirib.
Modeli hazırlayan professor Şyefan Klyaynın sözlərinə görə, əsas uçuş parametrləri aerokarın hazırlanmasının əsaslandığı bütün nəzəri konsepsiya və hesablamaları təsdiqləyib.
"AirCar V5" üç dəqiqədən az müddətdə yol nəqliyyat vasitəsindən uçan aparata çevrilir. Onun özəlliyi açılıb-yığılan qanadların olmasıdır.
İki nəfərlik modelin çəkisi 1 100 kiloqramdır və 200 kiloqrama qədər əlavə yük daşıya bilər. Avtomobil 1,6 litrlik BMW mühərriki ilə təchiz olunub, 140 at gücünə malikdir, təxmin edilən uçuş məsafəsi 1 000 kilometrdir, uçuş zamanı yanacaq sərfiyyatı 18 litr/saatdır. Uçuş sürəti saatda təxminən 200 kilometrdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar