Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp etiraz mitinqlərinə hazırlaşır, səsləri yenidən saydıracaq

Tarix: 09-11-2020 10:47     Baxış: 3180 A- / A+
Tramp etiraz mitinqlərinə hazırlaşır, səsləri yenidən saydıracaq


ABŞ Prezidenti Donald Trampın qərargahı demokrat Co Baydenin medianın elan etdiyi qələbəsinə meydan oxumaq üçün bir neçə əyalətdə yenidən bülletenlərin sayılmasını aparmağa qərarlıdır.


Bu iş üçün xüsusi qruplar yaradılacaq. Xüsusilə, mübahisəli əyalətlərdən – Corcoya, Arizona və Pennsylvaniada belə qrupların yaradılması nəzərdə tutulur.

"Axios” portalının məlumatına görə, Tramp tərəfdarlarını mitinqlərə toplamağı planlaşdırır, burada "ölü canlar" adlandırılanların səsvermədə "iştirakına” dair dəlillər göstərəcəyini vəd edir.

Hazırda prezidentin qərargahı vəkillərin axtarışı da daxil olmaqla, işin hüquqi tərəfinin təmin edilməsi ilə məşğuldur.

Eləcə də Tramp seçkiləri qazanmaq üçün sadiq tərəfdarların bazasını qorumaq üçün məhkəmələrdən istifadə etmək niyyətindədir. Media mənbələri əmindir ki, məhkəmə iddiaları ən yaxşı halda qaçılmazın təxirə salınmasına və zərərin minimuma endirilməsinə kömək edəcək.

Bundan əvvəl Donald Trampın seçki qərargahının sözçüsü - kürəkəni və prezident müşaviri Jared Kuşner Trampı məğlubiyyətini etiraf etməyə çağırması barədə mətbuatda yayımlanan məlumatları təkzib edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar