Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

XİN başçısı işdən çıxarıldı

Tarix: 27-01-2017 21:31     Baxış: 2410 A- / A+
XİN başçısı işdən çıxarıldı


Almaniya Federativ Respublikasının (AFR) prezidenti Yoahim Qauk Frank-Valter Ştaynmayeri xarici işlər naziri vəzifəsindən azad edib.

Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, onun səlahiyyətlərinin icrası Sosial-Demokrat Partiyasının sədri və sabiq iqtisadiyyat naziri Ziqmar Qabrielə tapşırılıb. Mərasim AFR prezidentinin “Belvyu” iqamətgahında, bağlı qapılar arxasında baş tutub.

Y.Qauk əvvəlcə AFR Konstitusiyasının 64-cü maddəsinə uyğun olaraq Ştaynmayeri xarici işlər, Z.Qabrieli isə iqtisadiyyat naziri vəzifəsindən azad edib. Prezident Ştaynmayerə XİN başçısı olarkən göstərdiyi fəaliyyətə görə təşəkkür edib.

Mərasimdə federal kansler Angela Merkel də iştirak edib. O, Z.Qabrieli yeni təyinatı münasibətilə təbrik edib.

Prezident, həmçinin ədliyyə naziri Briqitt Siprisi vəzifəsindən azad edib. O, Z.Qabrielin yerinə iqtisadiyyat naziri təyin olunub.

Qeyd edək ki, Frank Valter Ştaynmayer xarici işlər naziri postunu 2013-cü ildən tuturdu. O, bu il Almaniyada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar