Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Xamenei ABŞ-dakı seçkiləri tamaşa adlandırdı

Tarix: 08-11-2020 10:41     Baxış: 4244 A- / A+
Xamenei ABŞ-dakı seçkiləri tamaşa adlandırdı


İranın Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ-dakı prezident seçkilərini tamaşa adlandırıb.


Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində bildirib.

"ABŞ-da vəziyyət və onların öz seçkiləri barədə danışdıqları tamaşadır. Bu, liberal demokratiyanın biabırçı simasının nümunəsidir. Nəticədən asılı olmayaraq, bir şey tam aydındır - Amerika rejiminin birmənalı siyasi, vətəndaş və mənəvi tənəzzülü", - Demokrat Co Bayden prezident seçkilərində qələbəsini elan etdikdən sonra Xameneinin tvitter səhifəsində edilən paylaşımda deyilir.

ABŞ-ın Dövlət katibi Mayk Pompeo isə Xameneinin sözlərinə belə cavab verib:

"Şəxsən siz xalqınızdan yüz milyonlarla dollar oğurlamısınız. Sizin seçkiləriniz absurddur, yüzlərlə namizədi hətta namizədliyini irəli sürməyə imkan vermirlər. Bu gün sizin millətiniz acdır, çünki siz öz kleptokratiyanızı qorumaq üçün əlaltılarınıza milyardlar xərcləmisiniz".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar