Xəbər lenti
“Paşinyanın yardım xahişini rədd etmək üçün əsaslar var” – Rusiyadan açıqlama
Anatoli Sobçak Fondunun eksperti, 1992-1993-cü illərdə Rusiya Prezidentinin siyasi məsələlər üzrə müşaviri olmuş Sergey Stankeviç Ermənistanın Baş naziri Nikol Paşinyanın Kremlin hazırkı sahibi Vladimir Putinə ünvanladığı məktuba müsbət cavab verməməsinin səbəblərindən danışıb.
Manevr.az xəbər verir ki, Stankeviç “Moskva-Baku” saytına müsahibəsində Moskvanın İrəvana Qarabağ münaqişəsində gözlənilən hərbi yardımı etməməsi üçün əsasları var. “Ermənistanın Baş naziri Nikol Paşinyan birbaşa hərbi yardım üçün Moskvaya müraciət etməklə son imkanını sınadı. Bu imkan əlbəttə ki, çoxtərəfli və ikitərəfli müqavilələrdə nəzərdə tutulan müttəfiqlik öhdəliklərindən irəli gəlir.
Amma Rusiya rəhbərliyi gözlənilənlərin əksinə olaraq tələsmir. Geosiyasi baxımdan, Moskvanın Qarabağ münaqişəsi üzündən Azərbaycanla və onu dəstəkləyən Türkiyə ilə konfliktə girmək qəbuledilməzdir. Bu heç bir müsbət mənası olmayan fəlakətli itikilər deməkdir.
Rəsmi olaraq, Moskvanın Nikol Paşinyanın birbaşa hərbi yardım xahişini rədd etmək üçün bütün əsasları var. Qarabağ Ermənistanın bir hissəsi deyil və onun müstəqilliyini heç Ermənistan da tanımır.
Beləliklə, burada reaksiyası yayğın olacaq. Əlbəttə ki, Paşinyanın anti-Rusiya əhval-ruhiyyəsi ilə oynamaq cəhdləri də Moskvanın onun təşəbbüslərinə təmkinlə reaksiya verməsi üçün əlavə səbəbdir”, - deyə keçmiş müşavir bildirib./yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar