Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda daxili vəziyyət qarışır: Paşinyan istefaya çağırıldı

Tarix: 06-11-2020 04:27     Baxış: 4179 A- / A+
Ermənistanda daxili vəziyyət qarışır:

Qarabağda Ermənistan ordusunun sarsıdıcı məğlubiyyəti və ermənilərin nəzarətində olan böyük ərazilərin azad edilməsi fonunda "Akunk" Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Ermənistan parlamentinin sabiq deputatı Ruben Akopyan erməni xalqının xilasını fəaliyyət qabiliyyəti olmayan baş nazir Nikol Paşinyanın könüllü istefasında görür.

"Ermənistanın səsi" bildirir ki, sabiq baş nazir Vazgen Manukyanın və 16 siyasi partiyanın təşəbbüsündən sonra Ruben Akopyan da erməni cəmiyyəti üçün dalandan çıxış yolu kimi Dövlət Müdafiə Komitəsinin (DMK) - hansına ki, siyasi, diplomatik və hərbi biliklərə sahib olan təcrübəli mütəxəssislər cəlb olunmalıdır, - yaradılmasını təklif edir.

Tanınmış siyasətçi və analitikin fikrincə, N.Paşinyanın könüllü istefası halında cəmiyyətdə yığılıb qalmış nifrət və kin neytrallaşar və ya azalar: "Nikol Paşinyan istefa ərizəsində xüsusi olaraq vurğulamalıdır ki, bu, ölkə və qələbə naminə edilir. Ermənistan hökumətinin başçısı xalqa müraciətində onu DMK ətrafında birləşməyə çağırmalıdır".

"Akunk" rəhbəri xarici siyasətdə keyfiyyət və aksentləri köklü şəkildə dəyişdirməyi təklif edir. Ermənistan hakimiyyəti Rusiya tərəfi üçün proqnozlaşdırıla bilən və etibarlı tərəfdaş olmalıdır. Vaxtilə RF-nin Yerevandakı səfirliyi qarşısında "Putin-kqbşnikdlr!" qışqıran və Rusiya bayraqlarını yandıranlar könüllü şəkildə özlərini təcrid etməli və ya danışıqlar prosesindən təcrid olunmalıdırlar.

Yeni hakimiyyət isə xalqa müraciət etməli, ölkənin ağır vəziyyətdən çıxmasının dəqiq və real proqramını təqdim etməli və hərbi əməliyyatlarda dönüş yaratmalıdır.

DMK Milli Məclis (MM) ilə birlikdə müvəqqəti hökuməti 6-8 ay müddətinə formalaşdırmalıdır.

Bu dövrdə MM “Partiyalar haqqında qanun”a və Seçki Məcəlləsinə dəyişikliklər edəcək.

Yuxarıda göstərilən müddətlərdə növbədənkənar parlament seçkiləri təyin edilir. Növbədənkənar parlament seçkilərindən və yeni hökumətin formalaşdırılmasından sonra DMK və müvəqqəti hökumət öz səlahiyyətlərini dərhal dayandırır. virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar