Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Erməni əsilli fransız döyüşçülər döyüş bölgəsinə gediblər” – Fransa mediası

Tarix: 05-11-2020 18:42     Baxış: 4206 A- / A+
“Erməni əsilli fransız döyüşçülər döyüş bölgəsinə gediblər” – Fransa mediası

“Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi nə etnik zəmindədir, nə də dini zəmində. Vəziyyətə diqqətlə yanaşmaq lazımdır. Azərbaycan dünyəvi ölkədir, multietnik və çoxdinli parlamentli respublikadır. Bakıda kilsə məscid və sinaqoqla eyni küçədə yerləşir. Bizim üçün din məsələsi mövzu deyil. Azərbaycanda da erməni azlığı yaşayır. Sovet İttifaqı dövründə Ermənistanda olan Azərbaycan mənşəli bütün azlıq 1987-ci ildə oradan qovuldu. Ölkəmizdəki azlıqların hüquqları Ermənistandan daha yüksək səviyyədə təmin edilir. Ermənistanda etnik müxtəliflik yoxdur. Münaqişənin xristian və İslam dinlərik arasındakı ziddiyyətlə heç bir əlaqəsi yoxdur. Münaqişə ərazi bütövlüyü səbəbindən baş verib”.

Manevr.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin “Le Courrier de l'Atlas” jurnalına müsahibəsində yer alıb. Diplomat Dağlıq Qarabağ münaqişəsinin dini zəmində olmadığını, Ermənistanın beynəlxalq səviyyədə dəstək almaq məqsədilə münaqişəyə dini don geyindirdiyini diqqətə çatdırıb.

Fransanın mövqeyi ilə bağlı sualı cavablandıran səfir bildirib ki, bu ölkənin mövqeyi başadüşüləndir. Bu ölkənin mövqeyinə təsir edən Fransa-Türkiyə gündəmi, erməni lobbisinin təsiri və tarixi amillər var. “Ümid edirəm ki, Fransa bu münaqişədə bitərəfliyini qoruyacaq. Xarici işlər nazirimiz Fransanın Minsk qrupunda olmasının vacibliyini təkrarladı. Fransa balanslı mövqeyə sahib olmalıdır. Digər ölkələr (Liviya, Suriya, Mali) üçün tanınan suverenliyin bizim ölkəmizə də şamil olunmasını istəyirik. Bunun Azərbaycan üçün niyə istisna edildiyini anlamırıq. Halbuki, prinsiplər eynidir. Fransa BMT Təhlükəsizlik Şurasının qətnamələrinə dörd dəfə səs verib”, - deyə R. Mustafayeb qeyd edib.

Azərbaycanda muzdluların olmasına məsələsinə toxunan diplomat vurğulayıb ki, Prezident Emmanuel Makron bu barədə Brüsseldə danışıb. Hər şeydən əvvəl beynəlxalq hüquq “cihadçı” sözünü tanımır. Çox açıq bir termin var - “xarici döyüşçülər”. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, 100 min nəfərlik ordumuz var və bizim “xarici döyüşçülərə” ehtiyacımız yoxdur. Ordumuz tək özü ölkəmizi müdafiə etməyə qadirdir. Bu gün ordumuz nəyə qadir olduğunu döyüş meydanında göstərir. Azərbaycanın öz ərazisinə “xarici döyüşçülər” dəvət etməsinə ehtiyac yoxdur. Bundan əlavə, Azərbaycan qanunları onun ərazisində radikal islamçı və cihadçı partiyaların olmasını qadağan edir. Cihadçıların tək və ya qrup şəklində etdiyi hər bir cəhd mühakimə olunur. Ölkəmizə qarşı qeyri-real və haqsız olan bu iddialara artıq rəsmi şəkildə cavab verilib.

“Ancaq erməni əsilli fransız döyüşçülər döyüş bölgəsinə gediblər. Bu barədə “La Liberation” qəzeti yazıb. Bu prosesə qarşı çıxmaq lazımdır. Bu vəziyyət bir çox suallar doğurur”, - deyə səfir vurğulayıb. /Azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar