Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Vikipediya”da türk dünyası ilə bağlı məlumatlar zənginləşdiriləcək

Tarix: 04-11-2020 21:06     Baxış: 5183 A- / A+
“Vikipediya”da türk dünyası ilə bağlı məlumatlar zənginləşdiriləcək


“Vikipediya”da türk dünyası ilə bağlı məlumatlar zənginləşdiriləcək. Belə ki, “Türk dünyası ağsaqqalları“ qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da adlı layihəyə start verilir.

Bu barədə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları“ qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.

“Rəqəmsallaşan dünyada yaşayırıq və müasir dövrdə istənilən informasiyanı internet vasitəsilə əldə edirik. Müxtəlif elektron resurs və sosial şəbəkələr, həmçinin azad və onlayn ensiklopediya adlandırdığımız “Vikipediya” bizə istədiyimiz məlumatı tez əldə etməkdə daha çox kömək edir. 2011-ci ildən qəzetimiz türk dünyasının tarixi, mədəniyyəti, şəxsiyyətləri haqqında məqalələrin dərc olunmasına diqqət ayırır. Qəzetdə araşdırma mövzusunu əhatə edən məqalələr çap olunur. Ancaq müasir dövrdə insanlar daha çox virtual ensiklopediya adlandırılan “Vikipediya”ya müraciət edirlər. Ona görə də “Vikipediya”da da türk dünyası ilə bağlı layihənin həyata keçirilməsinə qərar verdik. Bunun üçün könüllülərdən ibarət qrup yaradırıq. Məqsəd türk dünyası haqqında məlumatları daha da zənginləşdirmək və onların sayını artırmaqdır. Artıq komanda bu istiqamətdə fəaliyyətə başlayıb”, - deyə Ramin Əhmədov qeyd edib.(trend)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar