Xəbər lenti
Erməni nazir Qarabağda döyüşlərə qatılmaqdan İMTİNA ETDİ

Ermənistanın məhkəmə sistemində çalışan 85 nəfər bu gün döyüşlərdə iştirak edir.
Bu barədə ölkənin məhkəmə departamentinin rəhbəri Karen Poladyan erməni mediasına açıqlamasında bildirib.
Ermənistanın ədliyyə naziri Rustan Badasyan isə açıq şəkildə Qarabağdakı döyüşlərdə iştirakdan imtina edib. Bildirib ki, cəbhəyə getməyi planlaşdırmır.
"Mənim belə bir planım yoxdur”,-deyə nazir jurnalistlərin ön cəbhəyə gedib-getməyəcəyi barədə sualına cavabında deyib.
Ardınca da əlavə edib ki, ehtiyac yaranarsa, vətəni qorumağa hazırdır.
Görünən budur ki, Qarabağdakı terrorçu rejimin "rəhbər” şəxslərinin Xankəndindən qaçması, çoxsaylı itkilər artıq Ermənistandakı məmurları da ehtiyatlı davranmağa sövq edir. Müharibənin ilk günlərində cəbhəyə can atan Ermənistan məmurları artıq "ehtiyac yaranarsa” deyib, döyüşdən yayınmağa üstünlük verirlər./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































