Xəbər lenti
Ermənistanda analar girov götürülür... - Ayrapetyandon şok
Ermənistanda yeni doğulan uşaqlara şəhadətnamə yalnız atalarının könüllü cəbhəyə getməsi şərti ilə verilir, üstəgəl uşaq və analar xəstəxanada girov saxlanılır.
Manevr.az xəbər verir ki, bu barədə erməni vəkil Robert Ayrapetyan sosial şəbəkə hesabında yazıb.
“Hər dəqiqə vətənpərvərlikdən danışanlar, zəif xalqımıza qarşı ikiüzlülükdən başqa bir şey etmirsiniz. Övladları dünyaya gəldikdən bir gün sonra insana necə deyə bilərsən ki, doğum haqqında şəhadətnamə yalnız atanın cəbhəyə "könüllü getməsi" və bunu təsdiqləyən sənədin gətirilməsi şərti ilə veriləcək. Siz uşaqları və anaları girov götürürsünüz, yoxsa onlarla danışıqlar masasına oturmağa qərar verdiniz? Sizin beyniniz var?” - Ayrapetyan bildirib.
Qeyd edək ki, Azərbaycana qarşı döyüşlərdə məğlub olan Ermənistan ordusunda fərarilik getdikcə artır, xaos hökm sürür. Ermənistanda qadın, qoca, uşaq demədən kim gəldi, məcburi şəkildə döyüşə aparılır, cəbhədən yayınanları isə sərt cəzalandırırlar./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar