Xəbər lenti
Paşinyan Rusiyadan da muxtariyyət istəyir
Özbəkistanın "fikr.uz” və “orol24.uz” xəbər portalları Azərbaycan həqiqətləri ilə bağlı materiallar yayımlayıb.
Manevr.az xəbər verir ki, “fikr.uz” portalı Bakıda yaşayan çoxminli rus icmasının Azərbaycan Ordusunu dəstəkləyən yürüş keçirdiyini yazıb. İcma Azərbaycan, Rusiya və Türkiyə bayraqları ilə Bakının küçələrinə çıxıb, şəhər sakinləri isə onları alqışlayıb.
Bildirilir ki, Azərbaycan çoxmillətli ölkədər, ruslar və digər xalqların nümayəndələri Azərbaycanı sevir və dəstəkləyirlər. Ölkədə 300 rus məktəbi fəaliyyət göstərir.
Qeyd edilir ki, Ermənistan monoetnik dövlətə çevrilib, orada Rusiyanı və rusları sevmirlər. Erməni nasistlər Rusiya ərazilərində müxtəlif terror aktları törətməklə bu dövləti hədələyirlər. Bundan başqa onlar Rusiyanın cənubunda yaşayan erməniləri muxtariyyət almaq üçün ayağa qaldırmağa hazır olduqlarını da bildiriblər. Ermənistanın baş naziri Nikol Paşinyan Krasnodar, Rostov və Stavropol ermənilərinə öz müqəddəratını təyin etmək hüququnun verilməsi haqqında danışıb.
“Orol24.uz” portalı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda ekoloji terror həyata keçirilməsi haqqında material verib. Bildirilir ki, Ermənistan dinc əhalini, mülki obyektləri nişan almaqla yanaşı ölkədəki nadir meşə zolaqlarına da zərər vurur, bu ərazilərdə yanğınlar törədir. Ağdam ərazisində, cəbhə xəttindən uzaqda olan Tovuz rayonunda və nadir Göygöl meşələrində ağır artilleriyanın vasitəsi ilə yanğınlar törədilib.
Portalda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar