Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

“Cəlal Arutyunyanla bağlı bizi aldadırlar” - Erməni deputat

Tarix: 02-11-2020 19:11     Baxış: 4213 A- / A+
“Cəlal Arutyunyanla bağlı bizi aldadırlar” - Erməni deputat

Ermənistanın "Çiçəklənən Ermənistan" partiyasının millət vəkili Gevorg Petrosyan ölkəsinin rəhbərliyini həqiqətləri xalqdan gizləməkdə ittiham edib.

Manevr.az xəbər verir ki, bu barədə öz feysbuk hesabında yazan erməni deputat Qarabağdakı qondarma rejimin “müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyanın taleyi ilə bağlı məntiqi suallar verib.

"Rəsmi açıqlamada Cəlal Arutyunyanın aldığı xəsarətin ciddi olmadığı və tez bir zamanda xidmətə geri dönəcəyi bildirilib. Əgər belədirsə niyə dərhal vəzifəsindən azad edildi? Nəsə başqa şey var, həqiqət yenə dəf olunub. Xalq reallıqdan təcrid olunub”,-deyə Petrosyan qeyd edib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi əməliyyat nəticəsində Calal Arutyunyanın xidməti avtomobili müəyyən edilərək izlənilmiş, C.Arutyunyanın xidməti avtomobildə olduğu dəqiqləşdirildikdən sonra onun avtomobili operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilərək məhv edilmişdi.

Amma Ermənistan rəhbərliyi həmişəki kimi, bu faktı təsdiqləmir, xalqını aldatmaqda davam edir. Buna görə də Ermənistan daxilində vəziyyət daha da gərginləşir, vətəndaşları narahat edən sualların sayı çoxalır./qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar