Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

İzmirdə 40 kilometrlik seysmik xətt qırılıb

Tarix: 30-10-2020 19:52     Baxış: 3289 A- / A+
İzmirdə 40 kilometrlik seysmik xətt qırılıb

Türkiyənin İzmir vilayətində baş verən zəlzələ ilə bağlı ölkənin Kandilli Rəsədxanasından ilk məlumat verilib.

Manevr.az xəbər verir ki, məlumatda Qəndilli Rəsədxanasında yeraltı təkanların gücü 6,9 bal olaraq hesablanıb.

Qeyd edilib ki, zəlzələdən sonra indiyədək 21 afterşokun qeydə alındığı, bu afterşoklar 15 gün ərzində davam edəcəyi ehtimal olunur. Meydana gələn yeraltı təkanlar nəticəsində 30-40 kilometrlik seysmik xətt qırılıb. Egey bölgəsinin seysmik baxımdan həssas bölgə olmasına baxmayaraq bu ərazidə ən böyük zəlzələ 1912-ci ildə 6,5 bal gücündə qeydə alınıb.

Hadisə barədə məlumat verən İzmir valisi Yavuz Selim Kösger dağıntılar altında qalan vətəndaşların təxminən 70 faizinin çıxarıldığını bildirib.

Qeyd edək ki, artıq bildirdiyimiz kimi, İzmirdə baş verən zəlzələ ölkənin Marmara bölgəsində də hiss edilib. İstanbulun Avcılar bölgəsində zəlzələdən zərər çəkmiş bir binanın sakinləri təxliyə edilib.

Ölkənin Urla bölgəsində 4.1, Kuşadasında isə 4,8 bal gücündə daha iki yeraltı təkan qeydə alınıb.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar