Xəbər lenti
Ermənilər cəbhəyə getməmək üçün özlərini virusa “yoluxdurur”
Ermənistanda koronavirus infeksiyasına yoluxma halı kəskin şəkildə artıb.
Manevr.az xəbər verir ki, son sutka ərzində 2474 nəfər infeksiyaya yoluxub, 16 nəfər isə dünyasını dəyişib.
Koronavirusun Ermənistanda tüğyan eləməsi hökumətin infeksiya ilə mübarizədə bacarıqsızlığı ilə izah edilir. Lakin bunun başqa səbəbləri də var.
Ermənistanda yoluxmanın artan tendensiya ilə davam etməsi sentyabrın 27-dən, yəni, Qarabağda yeni eskalasiyanın başlanmasından sonraya təsadüf edir. Bəzi məlumatlara görə, yoluxma halının artması elə birbaşa Qarabağdakı müharibə ilə bağlıdır.
Bildirilir ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Ermənistanda döyüş ruhunu da sarsıdıb. Erməni gənclər məğlub ordunun sıralarında döyüşmək istəmirlər. Bildirilir ki, müharibəyə getmək istəməyənlər müxtəlif vasitələrlə özlərini koronavirus xəstəsinə çevirirlər. Beləliklə də, hərbi xidmətdən yayınırlar.
Azərbaycan Ordusu Qarabağda irəlilədikcə isə Ermənistanda koronavirus xəstələrinin sayı daha sürətlə artıq. Bu da yayılan məlumatın əsassız olmadığı qənaətini yaradır./yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar