Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təmizlikçi kimi getdiyi ölkənin millət vəkili oldu - ŞƏKİL

Tarix: 19-10-2020 20:32     Baxış: 3181 A- / A+
Təmizlikçi kimi getdiyi ölkənin millət vəkili oldu - ŞƏKİL


Afrika ölkəsi Eritreyadan Yeni Zelandiyaya təmizlikçi işləmək üçün gedən İbrahim Ömər adlı miqrant ölkənin parlamentinə millət vəkili seçilib.

Bu barədə ölkənin “Stuff” media qurumu məlumat yayıb.

Bildirilib ki, afrikalının İşçi Partiyasından namizədliyi irəli sürülüb. Beləliklə, o, Yeni Zelandiyanın ilk Afrika mənşəli millət vəkili statusunu da qazanıb.

Təmizlikçi kimi getdiyi ölkənin millət vəkili oldu - ŞƏKİL


O, vəzifədə olduğu müddət ərzində az maaşla işləyən insanların problemləri və irqçiliklə mübarizə aparacağını bildirib.

Qeyd edək ki, 2003-cü ildə ölkəsindən qaçaraq Sudana sığınan Ömər Birləşmiş Millətlər Təşkilatının düşərgələrində tərcüməçi işləyib. Daha sonra casusluqda ittiham edilib. BMT-nin cəhdləri ilə həbsdən çıxan Ömər Yeni Zelandiyaya getmə fürsəti tanınıb. O, 2008-ci ildə paytaxt Vellinqtona köçərək təmizlikçi işləməyə başlayıb. 2014-cü ildə Viktoriya Univerisitetinə daxil olub. Müxtəlif qeyri-hökumət təşkilatlarının idarəçiliyində yer alan Ömər daha sonra İşçi Partiyasının namizədi olub./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar