Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Qarabağa terrorçu toplamaq üçün elan yaydı - Şəkillər

Tarix: 16-10-2020 14:47     Baxış: 4252 A- / A+
Ermənilər Qarabağa terrorçu toplamaq üçün elan yaydı - Şəkillər

Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən VoMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti” Klubu) təşkilatı Qarabağda döyüşmək üçün terroçular hazırlayır.

Manevr.az-ın yenisabah.az-a istinadən məlumatına görə, VoMA təşkilatı bir müddətdir ki, fəaliyyət göstərir. Təşkilatın saytında (www.voma.center) iddia edilir ki, VoMA dövlətə bağlı təsisat deyil. Amma maraqlıdır ki, klubun üzvləri nəzəri biliklərdən əlavə Dağlıq Qarabağda hərbi təlimlərə cəlb edilir. Bu fakt VoMA-ya dövlət dəstəyinin olduğunu göstərir.

Kluba yalnız ermənilərin üzv qəbul edildiyi bildirilsə də, məlumatlara görə, burada qeyri-millətlərin nümayəndələri də muzdlu döyüşçü kimi hazırlanır. Eyni zamanda onlara terror aktları törətmək, diversiya əməliyyatları da öyrədilir.

Sentyabrın 27-dən başlayaraq Qarabağda müharibənin alovlanması VoMA-nı da hərəkətə gətirib. Təşkilat saytı vasitəsilə dünya ermənilərini, həmçinin onlara dəstək verənləri kluba üzv olmağa çağırır. VoMA bununla dağ atıcı alayı yaratmaq istəyir. Təşkilatın elanında aydın şəkildə bildirilir ki, bu alay Ermənistanın rezerv ordusunun bir hissəsidir. Hərbi hazırlıqlar başa çatdıqdan sonra həmin alay Qarabağa göndəriləcək.

Beləliklə, Ermənistan bu üsulla Qarabağa muzdlu döyüşçülər və terroçu qrupları cəlb edir.

Ermənistanın terrorçu dövlət olması yeni məsələ deyil. Dəfələrlə sübut olunub ki, İrəvan terrora dəstək verir, eyni zamanda İrəvana bağlı xeyli sayda terrorçu təşkilatlar var. Onlardan bəzilərini təqdim edirik:

“Asala”

“Armenakan”

Sosial Demokrat Hnçak partiyası

“Daşnaksütun”

“Erməni soyqırım ədalət komandosları”

“Yeni erməni müqaviməti”

“Erməni gizli azadlıq ordusu”

“Erməni inqilab ordusu”

“Erməni azadlıq cəbhəsi”

“Orli” qrupu

“İntiharçılar eskadronu”

“Erməni birliyi”

“Gənc ermənilər ittifaqı”

“Erməni azadlıq hərəkatı”

“Geqaron”

“Apostol”

“İsveçrə qrupu”

Manevr.az
Ermənilər Qarabağa terrorçu toplamaq üçün elan yaydı - Şəkillər
Ermənilər Qarabağa terrorçu toplamaq üçün elan yaydı - Şəkillər
Ermənilər Qarabağa terrorçu toplamaq üçün elan yaydı - Şəkillər

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar