Xəbər lenti
Almaniyada BMT binası qarşısında Azərbaycan mitinqi
Bu gün Almaniyanın Bonn şəhərində BMT-nin binası qarşısında Almaniyada yaşayan həmvətənlərimizin mitinqi keçirilib. Mitinqdə Azərbaycan ərazilərinin 27 ildir ki, işğalda olması, BMT qətnamələrinin yerinə yetirilməməsi, indi aparılan müharibədə Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə alması və 50-yə yaxın dinc əhalinin həlak olması barədə çıxışlar səsləndirilib.
Mitinqdə ingilis dilində çıxış edən Cavidan İsmayıl qeyd olunanlarla yanaşı daha çox Gəncə və Tərtərin mülki əhalisini hədəfə almasını vurğulamış, guya muzdlu döyüşçülərdən istifadə edilməsi haqqında ermənilərin böhtanlarını ifşa etmiş, təkcə Tərtərin əhalisinin Dağlıq Qarabağ əhalisindən çox olmasını qeyd etməklə, bir qrup azlığın havadarlarının köməyilə Qarabağın 800 mindən çox əhalisini 30 ildə məcburi köçkün kimi yaşamağa məcbur etməsini qeyd etmiş, dünyadan, BMT-dən Qarabağa ədalət tələbi ilə şüarlar səsləndirmişdir.
Başqa çıxış edənlər də Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını səsləndirmiş və bu mötəbər təşkilatdan öz qətnamələrinin icrasına yönəlik addımlar atmağın zəruriliyini tələb etmişlər.
Almaniyanın “Deutsche Welle” kanalı mitinqdən reportaj hazırlamış və C.İsmayıldan müsahibə almışdır.moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar