Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fransada rəzalət - Prezidentliyə namizədin arvadı...

Tarix: 25-01-2017 14:56     Baxış: 4424 A- / A+
Fransada rəzalət



Prezidentliyə namizədlər arasında mərkəz sağ lideri Fransua Fillon ilə bağlı şok faktlar üzə çıxıb.

Manevr.az xəbər verir ki, Fillonun həyat yoldaşı heç vaxt işləməsə də, 8 il millət vəkili müşavirinin maaşını alıb.

Fillon Fransa prezidentliyinə ən güclü namizədlərdən sayılır.

Onun həyat yoldaşı Penelopa Fillon deputat müşaviri olaraq bildirilsə də, 8 il boyunca işləmədən bu maaşı alıb. İddianı ortaya atan "Le Canard Enchaine" jurnalıdır. Penelopa 8 il əri Fransua tərəfindən işə götürülüb və işləmədən 500 min avro gəlir əldə edib.

Əldə edilən məlumata əsasən, Fillon 1998-2002-ci illər arasında deputat olduğu dövrdə həyat yoldaşının adını müşavir kimi qeyd edib. Penelopa isə bu dövrdə aylıq 3 min 900 avro maaş alıb. 2002-2007-ci illərdə isə Penelopa 7 min 900 avro maaş alıb.

Adının açıqlanmasını istəməyən bir müşavir isə bu illər ərzində Penelopanı iş yerində heç vaxt görmədiyini və onu sadəcə nazirin arvadı kimi tanıdığını bildirib.

Fransua bundan başqa həyat yoldaşını bir dostunun yanına jurnalist kimi də işə düzlədib. Penelopa 2012-2013-cü illər ərzində bu idarədən 5 min avro maaş alıb.

Jurnalın xəbər müdiri bildirib ki, Penelopanı heç vaxt görməyib.(ölkə.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar