Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ankaradan İrəvana DAHA BİR ZƏRBƏ: "Humanitar" yüklər yolda qaldı

Tarix: 15-10-2020 09:33     Baxış: 4209 A- / A+
Ankaradan İrəvana DAHA BİR ZƏRBƏ: "Humanitar" yüklər yolda qaldı

Türkiyə, öz hava məkanından ABŞ-dan Ermənistana "Qarabağ münaqişəsindən zərərçəkənlər" üçün nəzərdə tutulan humanitar yardım təyyarəsini buraxmaqdan imtina edib.

"RİA Novosti" xəbər verir ki, bu iddianı çərşənbə günü Ermənistan Baş Nazirliyi Aparatının Diaspor məsələləri üzrə səlahiyyətli nümayəndəsi Zare Sinanyan səsləndirib.

"Hazırda 100 ton humanitar yardım Ermənistana göndərilməyə hazırdır, lakin Türkiyə hava sahəsindən hətta humanitar yardımın çatdırılmasını qadağan edib, nəticədə uçuş təxirə salınıb", - deyə Sinanyan brifinq zamanı bildirib.

Onun sözlərinə görə, artıq Ermənistana müxtəlif ölkələrdən - Rusiya Federasiyasından, ABŞ-dan, Fransadan, digər Avropa dövlətlərindən, Gürcüstanın ermənilərin sıx yaşadığı Cavaxk bölgəsindən təqribən 700 ton humanitar yardım çatdırılıb. Sinanyan əlavə edib ki, Rusiya, ABŞ və Avropa ölkələrindən yaralılara kömək üçün həkimlər gəlirlər.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan rəsmiləri Ermənistana mülki təyyarələrlə "humanitar yardım" adı altında silah-sursat daşındığı barədə kəşfiyyat məlumatlarını açıqlayıblar.

Türkiyənin öz hava məkanını Ermənistana "humanitar yük" adı altında silah-sursat daşımasının qarşısını almaq üçün bağlaya biləcəyi ehtimal edilir. Türkiyə hələlik bu barədə hər hansı açıqlama verməyib./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar