Xəbər lenti
Erməni gənc Saakaşvilini döydü – Afinada şok olay

Yunanıstanın paytaxtı Afinada gürcü mühacirləri ilə görüşməyə gələn Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili döyülüb.
Manevr.az xəbər verir ki, bu barədə “Mtavari” telekanalı məlumat yayıb.
Bir gəncin hadisə baş verən yerdəki binanın yaxınlığında Saakaşviliyə hücum etdiyi bildirilib. O, siyasətçinin başına bir neçə dəfə zərbə endirib.
Hadisədə daha bir neçə nəfər xəsarət alıb. Buna baxmayaraq, Saakaşvili özü mühacirlərlə görüşüb, onlara siyasi planları barədə danışıb.
Hadisənin kim törəfindən törədildiyi məlum olmasa da, eks-prezidentin erməni qəzəbinə tuş gəldiyi ehtimal edilir. Bunun isə təsadüfi olmadığı bildirilib.
Belə ki, bir müddət əvvəl Ermənistan-Azərbaycan münaqişəsi haqda açıqlama verən Mixail Saakaşvili Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu deyib.
“Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey bunu dəyişdirməyəcək”, - eks-prezident vurğulayıb.
Saakaşvilinin açıqlaması sosial şəbəkələrin erməni seqmentində etiraz yaratmış, ona İrəvan Dövlət Universiteti tərəfindən verilmiş “fəxri ad” ləğv edilmişdi./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar